Ana Sayfa > Karusel / Gündəm > İtaliya rusiyalı biznesmenin mülkünə həbs qoydu

İtaliya rusiyalı biznesmenin mülkünə həbs qoydu


19-03-2022, 18:06. Yazar: Admin

İtaliyanın hüquq-mühafizə orqanları Sardiniyada “Severstal”ın sahibi, rusiyalı biznesmen Aleksey Mordaşova məxsus villaya həbs qoyub.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Olbiya şəhərində yerləşən mülk 105 milyon avro dəyərində qiymətləndirilir.

Həbs Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə Avropa İttifaqı ölkələrinin tətbiq etdiyi sanksiyalar çərçivəsində həyata keçirilib.

Mordaşov da bir çox digər rusiyalı biznesmenlər, siyasətçilər və məmurlar kimi sanksiya siyahısında olub.


Geri dön