Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan yığmasının futbolçusu Polşada cəzalanıb, komandası məğlub olub

Azərbaycan yığmasının futbolçusu Polşada cəzalanıb, komandası məğlub olub


19-03-2022, 17:49. Yazar: Admin

Anton Krivotsyuk: "Yenidən "Neftçi" ilə eyni meydanı bölüşmək əla hissdir" - Ən son idman xəbərləri

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasının heyətində növbəti oyununu keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi Ekstraklasada XXVI turun "Şlyonsk"la ev matçında forma geyinib. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş isə qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu nəticədən sonra "Visla" (Plotsk) 36 xalla 7-ci, "Şlyonsk" isə 30 xalla 13-cü pillədə qərarlaşıb.


Geri dön