Ana Sayfa > Karusel / Gündəm > Müharibə bu məhsulun ixracını dayandırdı
Müharibə bu məhsulun ixracını dayandırdı19-03-2022, 17:25. Yazar: Admin |
Rusiyanın Ukraynaya hücum etməsi qlobal səviyyədə günəbaxan yağı qıtlığına səbəb olub və onu həll etmək mümkün deyil. Qarabaginfo.az xəbər verir ki, Ukrayna dünyanın ən böyük günəbaxan yağı istehsalçısı və ixracatçısıdır. Rusiya hərbi təcavüzü başlayandan ixracat dayanıb. Artıq Avropa ölkələri bu məhsulun qıtlığına hazırlaşır. Ukraynanın kənd təsərrüfatı naziri Roman Leşenko bildirib ki, Ukrayna 5 ildir günəbaxan yağı ehtiyatı formalaşdırıb: “Amma Avropada artıq bu məhsulun qaçılmaz qıtlığından danışılır. Və belə görünür ki, bu vəziyyət təkcə Aİ-də olmayacaq. Axı Ukrayna bu baxımdan dünyanın ən böyük istehsalçısı və ixracatçısıdır. Döyüş əməliyyatları və Rusiya donanması tərəfindən Ukrayna dəniz limanlarının blokadaya alınması səbəbindən artıq istehsal olunmuş məhsulun ixracı mümkün deyil”. Günəbaxan yağı dünyanın bir çox ölkəsində kifayət qədər məşhur bir məhsuldur. Yeməklərin qızardılmasında, salatların hazırlanmasında, marqarinlərin emal edilməsində, yemək yağlarının və sousların hazırlanmasında, həmçinin biodizel istehsalında istifadə olunur. Demək olar ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk günlərindən bir çox ölkələrdə panika var. Türkiyə supermarketlərində artan tələbat növbələrə, qiymətlərin kəskin artmasına və hətta dövlət tənzimləməsi kimi bir mexanizmin ortaya çıxmasına səbəb olub. “Facebook” istifadəçiləri İspaniya supermarketləri ilə bağlı reklamlar olan fotolar yerləşdiriblər. Keçən həftə Almaniyanın qərbindəki şəhərlərin birində yaşayan “NV Business” şirkətinin həmsöhbəti deyib ki, onların supermarketlərində piy və un faktiki olaraq yoxa çıxıb. Geri dön |