Ana Sayfa > Karusel / Gündəm > Tuneldə zəncirvari qəza - Yaralananlar var

Tuneldə zəncirvari qəza - Yaralananlar var


19-03-2022, 17:21. Yazar: Admin

Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var.

Qarabaginfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Bolu valisi Ahmet Ümit bildirib.

O qeyd edib ki, hadisə Anadolu avtomobil yolunun İstanbul istiqamətində Bolu dağı tunelində qeydə alınıb.

Belə ki, içərsində sərnişinlər olan avtobuslar, TIR və minik maşınları toqquşub.

A.Ümitin sözlərinə görə, hadisə zamanı ölən olmasa da, çoxlu sayda insan yaralanıb: “Hazırda təcili tibbi yardım heyəti bölgəyə gedir. Yaralıların olduğunu bilirik”.


Geri dön