Ana Sayfa > Karusel / Gündəm > Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib

Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib


19-03-2022, 17:10. Yazar: Admin

Судья вынес решение об аресте супруги экс-главы Межбанка Азербайджана Джахангира Гаджиева, но адвокат и Генпрокуратура ничего об этом не слышали - Панорама | Новости Армении

“Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, keçmiş deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə və digərləri kassasiya şikayəti verib.

Qarabgainfo.az-ın məlumatına görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, C.Hacıyev və digərləri 2015-ci ildə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay, D.XəIilov 14 il 6 ay, İ.Hidəyətzadə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxslərin Bakı Apelyasiya Məhkəməsinə şikayətindən sonra C.Hacıyev və D.Xəlilovun cəzasının 3 ay, İ.Hidayətzadənin cəzasının isə 6 ay azaldılması ilə bağlı qərar çıxarılıb. Qərardan narazı qalan C.Hacıyev və digərləri ötən il Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Ali Məhkəmənin 16 iyun 2021-ci il tarixli qərarı ilə C.Hacıyev və digərləri barəsində Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci ildə çıxarılan qərarı ləğv olunub və iş ilə bağlı mülki iddiaya dair hissədə yeni apellyasiya baxışı təyin edilib.


Geri dön