Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrində olub
Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrində olub19-03-2022, 16:54. Yazar: Admin |
|
Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, müdafiə nazirinə iki mərtəbəli geniş yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təchiz olunduğu məruzə edilib: "Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir". Geri dön |