Ana Sayfa > Karusel / Gündəm > Ruslar Kiyev vilayətində mülki əhalini atəşə tutdu, 7 ölü

Ruslar Kiyev vilayətində mülki əhalini atəşə tutdu, 7 ölü


19-03-2022, 16:43. Yazar: Admin

Ruslar Kiyev vilayətində mülki əhalini atəşə tutdu, 7 ölü

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır", - məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib.


 


Geri dön