Ana Sayfa > Karusel / Qarabağ > Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti Reyestri yaradılacaq

Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti Reyestri yaradılacaq


19-03-2022, 15:39. Yazar: Admin

Ağdam

 

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti Reyestri yaradılacaq.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” də təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə və Mədəniyyət Nazirliyinə tapşırılıb ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.

Əsasnaməyə əsasən, Reyestrin istifadəçiləri aşağıdakılardır:

- Aidiyyəti dövlət orqanlarının (qurumlarının) Reyestrdən istifadə edəcək səlahiyyətli əməkdaşları həmin orqanların (qurumların) qeydiyyat orqanına yazılı müraciəti əsasında müəyyən edilir.

- Səlahiyyətli əməkdaşlar Reyestrə daxil olarkən qeydiyyat orqanı tərəfindən verilən xüsusi qorunan şifrə və istifadəçi adı ilə təmin edilirlər.

Reyestrdə saxlanılan məlumatların əldə olunması, emalı, ötürülməsi və ya istifadəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Qeydiyyat orqanı Reyestrdə saxlanılan məlumatlarda hər hansı səhv aşkar etdiyi təqdirdə, 1 (bir) iş günü müddətində həmin səhvin aradan qaldırılmasını təmin etməlidir.


Geri dön