Ana Sayfa > Karusel / Siyasət > Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq

Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq


19-03-2022, 14:55. Yazar: Admin

Nazirlər Kabineti: Məhdudiyyətlərin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” də təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə və Mədəniyyət Nazirliyinə tapşırılıb ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.


Geri dön