Ana Sayfa > Karusel / Siyasət > Dövlət başçısı Tunis Prezidentini təbrik edib

Dövlət başçısı Tunis Prezidentini təbrik edib


19-03-2022, 14:17. Yazar: Admin

Prezident İlham ƏliyevPrezident İlham Əlyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktiubda deyilir:

“Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm”.


Geri dön