Ana Sayfa > Karusel / Sosial > Ukraynada ilk dəfə “Kinjal“dan istifadə olundu

Ukraynada ilk dəfə “Kinjal“dan istifadə olundu


19-03-2022, 12:58. Yazar: Admin
Ukraynada ilk dəfə “Kinjal“dan istifadə olundu

Rusiya Silahlı Qüvvələri Ukraynada hədəfi vurmaq üçün ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O, əməliyyat başlayandan ilk dəfə olaraq Ukraynadakı hərbi anbarı vurmaq üçün Rusiya Silahlı Qüvvələrinin “Kinjal” hipersəs raketlərindən istifadə etdiyini söyləyib:

“Martın 18-də hipersəsli aeroballistik raketlərə malik “Kinjal” aviasiya raket sistemi İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib”.

 


Geri dön