Ana Sayfa > Karusel / İdman > Bakının mərkəzində veloyürüş keçirilib
Bakının mərkəzində veloyürüş keçirilib19-03-2022, 12:42. Yazar: Admin |
Bakının mərkəzində veloyürüş keçirilib. Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Şəhərdə digər sahələrlə yanaşı yol infrastrukturunun yenilənməsi, burada alternativ hərəkət vasitələrinin artırılması istiqamətində ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı yeni velosiped yollarının salınması istiqamətində işlər davam edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velosiped zolaqlarının salınması işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin başlanğıcı kimi mərkəzdə - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun 1,6 km-i yekunlaşıb. Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilən və 30 həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib. "Əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olan bu veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar", - məlumatda qeyd edilib.
Geri dön |