Ana Sayfa > Karusel / Hadisə > "Siyəzən Broyler"də yanğın olub

"Siyəzən Broyler"də yanğın olub


19-03-2022, 09:28. Yazar: Admin

"Siyəzən Broyler"də yanğın olub

"Siyəzən Broyler" ASC-də yanğın olub.

Qarabaginfo.az Fövqəlada Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön