Ana Sayfa > Karusel / Dünya > Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək

Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək


19-03-2022, 07:53. Yazar: Admin

Bayden ABŞ-a yaraşanı etməlidir - TƏHLİL

ABŞ Prezidenti Cozef Bayden gələn həftə Ukrayna ətrafında vəziyyətlə bağlı G7-nin ("Böyük Yeddilik") Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Bildiyiniz kimi, o, cümə axşamı günü Belçikanın paytaxtı Brüsselə gedəcək və orada gərgin gün keçirəcək", - Psaki deyib.

O, Baydenin NATO-nun fövqəladə sammitində və Aİ sammitində də iştirak edəcəyini xatırladıb. Həmin gün ABŞ Prezidenti Ukraynadakı vəziyyəti ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə əlavə müzakirə etmək üçün G7-nin Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək.

Cen Psaki əlavə edib ki, G7 sammitinin iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab hazırlayırlar.


Geri dön