Ana Sayfa > Karusel / Gündəm > Çin Sədri : "Sülh üçün şərait yaratmaq lazımdır"
Çin Sədri : "Sülh üçün şərait yaratmaq lazımdır"19-03-2022, 00:26. Yazar: Admin |
Çin Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə söhbətində Vaşinqtonun Moskva ilə danışıqlara ehtiyacı olduğunu bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. “ABŞ və NATO Ukrayna böhranının əsl səbəbini anlamaq üçün Rusiya ilə dialoq aparmalıdır. Danışıqlarda hər iki ölkənin təhlükəsizlik məsələləri ön planda olmalıdır”,- deyə məlumatda bildirilir. Si Cinpin əlavə edib ki, sanksiyaların tətbiqi sadə insanların əziyyət çəkməsinə səbəb olur. Onun sözlərinə görə, sanksiyalar artarsa bu, qlobal iqtisadiyyat, ticarət, maliyyə, enerji, qida, istehsal zəncirləri və tədarük zəncirlərində ciddi böhrana səbəb olacaq. Prosseslər 2012-ci ildəki iqtisadi böhranı təkrar edə bilər ki, bu da bərpası çətin bir itkilərə yol aça bilər. O, əlavə edib ki, siyasi cəsarət nümayiş etdirib, sülh üçün şərait yaratmaq lazımdır. “Əsas prioritet dialoqu və danışıqları davam etdirmək, mülki əhali arasında itkilərin qarşısını almaq və atəşkəsi sürətləndirməkdir”, - deyə Si Cinpin bildirib. Çin Sədri həmçinin Rusiya və Ukrayna arasında danışıqların dəstəklənməsinin vacibliyinə işarə edib və qeyd edib ki, onun ölkəsi həmişə beynəlxalq hüquqa və münasibətlərə hörmət edir. Geri dön |