Ana Sayfa > Karusel / Gündəm > Ukraynaya görə rus diplomatlar “persona non-qrata” elan edildi

Ukraynaya görə rus diplomatlar “persona non-qrata” elan edildi


19-03-2022, 00:12. Yazar: Admin

Ukraynaya görə rus diplomatlar “persona non-qrata” elan edildi

Litva hökuməti Ukrayna ilə həmrəylik nümayiş etdirmək məqsədilə dörd rus diplomata ölkəni tərk etmələri üçün beş gün vaxt verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Rusiyanın Litvadakı səfiri Aleksey İsakovun nazirliyə çağırıldığı və Rusiya səfirliyinin dörd əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı diplomatik nota verildiyi bildirilib.

Qeyd edilib ki, rus diplomatların son fəaliyyətlərinin diplomatik statusları ilə uyğun gəlmədiyinə görə onlara ölkəni tərk etmələri üçün beş gün vaxt verilib.

Həmçinin, əlavə edilib ki, bu qərarın Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibədə Kiyevlə həmrəylik əlaməti olduğu vurğulanıb.

Qeyd edək ki, Estoniya da üç rus diplomatı ölkədən çıxarıb. Latviya isə üç rus diplomatı “persona non-qrata” elan edib.


Geri dön