Ana Sayfa > Karusel / Gündəm > Hulusi Akardan Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA

Hulusi Akardan Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA


18-03-2022, 23:13. Yazar: Admin

Hulusi Akardan Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA

"Rəsmi Ankara Qara dəniz regionunda sülh və sabitliyin tərəfdarıdır".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünə həsr olunan mərasimdə bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Ukraynada baş verənləri diqqətlə izləyir və hər fürsətdə bu ölkədə sabitliyi bərpa edəcək dərhal atəşkəs haqqında razılığın əldə olunmasının vacibliyini vurğulayır.

H.Akar Ukraynada, o cümlədən Mariupol şəhəri ərazisində dərinləşən humanitar böhrana diqqət çəkib.

"Türkiyə tərəfi Ukraynanın bu bölgəsindən Türkiyə vətəndaşlarını və bütün mülki əhalinin təhlükəsiz şəkildə çıxarılması üçün həm Kiyev, həm də Moskva ilə fəal əlaqə saxlayır. Türkiyə Qara dəniz regionunda sülh və sabitlik üçün əlindən gələni etməyə davam edir, o cümlədən Boğazların statusu haqqında Montrö Konvensiyasının (1936-cı il) imkanlarından istifadə edir”, - deyə nazir qeyd edib.


Geri dön