Ana Sayfa > Karusel / Gündəm > Gəncədə beş yaşlı uşaq dünyasını dəyişib
Gəncədə beş yaşlı uşaq dünyasını dəyişib18-03-2022, 22:12. Yazar: Admin |
Gəncədə beş yaşlı uşaq yanıq xəsarətindən dünyasını dəyişib. Qarabaginfo.az-ın verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Əlizadə Elnarə Elçin qızı üzərinə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb. Uşaq hadisədən bir gün sonra Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. (apa.az) Geri dön |