Ana Sayfa > Karusel / Gündəm > ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək


18-03-2022, 21:46. Yazar: Admin

ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın dayandırılması, eləcə də respublikanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin bərpası halında Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

O, məhdudiyyətlərin aradan qaldırılması şərtləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Sadəcə deyərdim ki, sanksiyalar daimi xarakter daşımır. Rusiyanın hərbi əməliyyatı dayandırıldıqdan, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa edildkdən sonra, ümid edirik ki, istifadə etdiyimiz bir çox alətlərdən istifadəni dayandıracağıq”.


Geri dön