Ana Sayfa > Karusel / Region > Rusiya Xəzər dənizindən Ukraynaya "Kalibr" raketləri atır

Rusiya Xəzər dənizindən Ukraynaya "Kalibr" raketləri atır


18-03-2022, 20:36. Yazar: Admin

Ukrayna hərbçiləri Rusiyanın Xəzər dənizindən atdığı raketləri qeydə alır. Onları müşahidə etmək çətindir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat "RBK-Ukrayna"ya müsahibəsində danışıb.

"Vəzifəmiz raketin uçduğu barədə xəbərdarlıq etməkdir. Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onun hara vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə zərbələr da olub - onları izləmək çətindir", - o bildirib. 

O qeyd edib ki, istənilən halda hava hücumu siqnalı səslənəndə insanlar öz təhlükəsizlikləri üçün bütün tədbirləri görməlidirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının daha əvvəl yaydığı məlumatına görə, Rusiya hərbi sənaye kompleksinin raket və sursat istehsal edən müəssisələri gecə-gündüz iş rejiminə keçirlər.(virtualaz.org)


Geri dön