Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır” - Si Cinpin
Ana Sayfa > Karusel / Dünya > “Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır” - Si Cinpin

“Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır” - Si Cinpin


18-03-2022, 20:32. Yazar: Admin

“Çin və ABŞ dünyada sülh üçün məsuliyyət daşımalıdır”

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin amerikalı həmkarı Co Baydenlə videoformatda danışıqlar aparıb.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Cinpin söhbət zamanı hər iki ölkənin dünyada sülhün bərqərar olması üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Xüsusən bildirib ki, Çin və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın iki ən böyük iqtisadiyyatı kimi nəinki gələcək münasibətləri düzgün yola yönəltməli, həm də beynəlxalq məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir və sülh və bərabərlik üçün çalışmalıdır.

“Ukraynadakı böhran bizim görmək istədiyimiz şey deyil”, - Si Cinpin vurğulayıb.(Qafqazinfo)


Geri dön