Qubadlılar Novruz bayramını qeyd ediblər.
Qarabaginfo.az xəbər verir ki, Novruz bayramı münasibətilə Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində təşkil olunmuş bayram şənliyində Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, Şəhid ailələri, YAP fəalları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Milli Qəhrəman şəhid Şükür Həmidovun atası Nəriman Həmidov və Milli Qəhrəman şəhid Bəylər Ağayevin anası Mədinə Ağayeva rayon ictimaiyyətini təbrik etdilər və qeyd olundu ki, Qubadlı sakinləri Ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Tezliklə bütün məcburi köçkünlər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdacaqlar və Novruz tonqalları öz dədə baba yurdlarımızda alovlanacaqdır.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. UluTanrıya, kainatınni zamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bayram şənliyində bildirildiki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bu gündə bizi birləşdirir, daha da həmrəyedir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Daha sonra şənliyə dəvət olunmuş Respublikanın tanınmış incəsənət xadimlərinin ifasında şən mahnılar səsləndirildi. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif zarafatlar, şən-şux mahnılar hamıda xoş ovqat oyatdı.