Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır" - Ukrayna rəsmisi
Ana Sayfa > Karusel / Gündəm > "Müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır" - Ukrayna rəsmisi

"Müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır" - Ukrayna rəsmisi


18-03-2022, 19:18. Yazar: Admin

"Müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır" - Ukrayna rəsmisi

Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır:

"Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər”.


Geri dön