Ana Sayfa > Karusel / Gündəm > “Rusiya son 25 ildə nail olduqlarını məhv edəcək” - Zelenski

“Rusiya son 25 ildə nail olduqlarını məhv edəcək” - Zelenski


18-03-2022, 18:41. Yazar: Admin

“Rusiya son 25 ildə nail olduqlarını məhv edəcək”

“Rusiya Ukraynaya hücum etməklə bütün nailiyyətlərini məhv edəcək və “qarışıq 90-cı illər”ə qayıdacaq».

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. 

“Vətən Müharibəmizin 23-cü günüdür. İşğalçılar Ukraynaya qarşı müharibədə öz milli sərvətlərini də yandırmaqdan əl çəkmirlər. Əminəm ki, bizə hücum etməklə Rusiya son 25 ildə nail olduqlarını məhv edəcək və onlar bir vaxtlar yüksəlməyə başladıqları yerə – necə deyərlər, “qarmaqarışıq 90-lar”a qayıdacaqlar.

Bu, onlar üçün süqut, ağrılı süqut olacaq və onlar bunu hiss edəcəklər", - Zelenski bildirib.


Geri dön