Ana Sayfa > Karusel / Gündəm > Kiyevdə 222 nəfər həlak olub

Kiyevdə 222 nəfər həlak olub


18-03-2022, 17:49. Yazar: Admin

Kiyevdə 222 nəfər həlak olub

Rusiyanın Ukraynanın işğalına başlamasından sonra paytaxt Kiyevdə 222 nəfər həlak olub.

Qarabaginfo.az-ın "Unian.net" saytına istinadən xəbərinə görə, bu barədə Kiyev şəhərinin dövlət administrasiyasının sədri Nikolay Povoroznik keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, həlak olanlardan 4-ü uşaqdır, 60-ı isə mülk şəxsdir.

Döyüşlər zamanı Kiyevdə ümumilikdə 889 nəfər yaralanıb ki, onlardan 241-i mülki şəxs olub. Yaralananlar arasında 18 uşaq, 3 təcili tibbi yardım sürücüsü, 1 təcili yardım həkimi olub.


Geri dön