Ana Sayfa > Karusel / Gündəm > Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyə olunub

Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyə olunub


18-03-2022, 17:31. Yazar: Admin

Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyə olunub - FOTO

Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir.

Qarabaginfo.az-ın məlumatına görə, Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.

İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyə olunan həmyerlilərimizə görüşüb.

Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə iki mindən çox həmyerlimizin təxliyəsi həyata keçirilib: "Biz də qərara gəldik ki, sizi Moskva vasitəsi ilə Azərbaycana təxliyə edək".

Ukraynadan təxliyə olunan həmyerlilərimiz Fərid Ələsgərov APA-ya açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini söyləyib: "Daha daha sonra müharibə başladı. Dövlətimizə, prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümü bildiririk"


Geri dön