Ana Sayfa > Karusel / Gündəm > Bayram günləri "Azərpoçt" gücləndirilmiş iş rejimində çalışacaq
Bayram günləri "Azərpoçt" gücləndirilmiş iş rejimində çalışacaq18-03-2022, 16:45. Yazar: Admin |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək. Bu barədə Qarabaginfo.az quruma istinadən xəbər verir. Məlumata görə, 19 və 26 mart tarixində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək. 20, 21, 27 mart tarixlərində yalnız növbətçi poçt şöbələri fəaliyyət göstərəcək: - Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00 22-25 tarixlərində aşağıda qeyd edilən poçt şöbələri xidmət göstərəcək: - Mərkəzi Poçt Şöbəsi 09.00-18.00 İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək. Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək. Geri dön |