Ana Sayfa > Karusel / Gündəm > BTE: Sifariş aldıqdan sonra məktəblilərin yeni formasI istehsal olunacaq
BTE: Sifariş aldıqdan sonra məktəblilərin yeni formasI istehsal olunacaq18-03-2022, 16:23. Yazar: Admin |
“Nazirlər Kabineti məktəbli formalarının nümunələrini bu gün təsdiq edib. Hələ ki, həmin formaların istehsalına hələ başlanılmayıb”. Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bilidirib ki, sifarişlərin hansı formada olacağı ilə bağlı yəqin ki, Təhsil Nazirliyi qərar qəbul edəcək: "Biz, sifarişlər daxil olduqdan sonra istehsala başlayacağıq. Hələ qiymətlər barədə nəsə demək tezdir. 4 model üzrə yay-qış formaları var. Parça sifariş olunmalıdır. Ondan sonra qiymətlər müəyyənləşdiriləcək. İstehsalçı olaraq onu deyə bilərik ki, bizə hansı nümunədə sifariş olsa, hazırlaya bilərik" – o deyib. Qeyd edək ki, bu gün Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Geri dön |