Ana Sayfa > Karusel / Gündəm > Xarkovda yaralanan azərbaycanlı sürücü təxliyə olundu

Xarkovda yaralanan azərbaycanlı sürücü təxliyə olundu


18-03-2022, 16:10. Yazar: Admin

Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası almışdı. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlayıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanmış və burada davam etdirilir.

 

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğundan məlumat verilib.

 

Bildirilib ki, Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün, və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyə edilib.

 

Qeyd edilib ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.


Geri dön