Ana Sayfa > Karusel / İdman > Prezident Güləş Federasiyasına 1 milyon ayırdı

Prezident Güləş Federasiyasına 1 milyon ayırdı


18-03-2022, 15:20. Yazar: Admin

Prezident bu federasiyaya 1 milyon ayırdı

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncamda deyilir:

“1. 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Geri dön