Ana Sayfa > Karusel / Region > Makron Ukraynaya səfərini istisna etməyib
Makron Ukraynaya səfərini istisna etməyib18-03-2022, 06:54. Yazar: Admin |
Fransa Prezidenti Emmanuel Makron həmkarı Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edə biləcəyini deyib. Bu barədə “Noticiasaominuto” məlumat yayıb. Lakin Fransa Prezidenti vurğulayıb ki, bu səfərin əsas şərti onun faydasız olmamasıdır. "Fevral ayında bu, Moskvaya və Kiyevə gedəndə oynamağa "kart"ım olduğunu və hələ də bir ehtimalın olduğunu düşündüyüm üçün idi”, - Fransa lideri deyib. Makron bildirib ki, danışıqları davam etdirir. Lakin nəzərəçarpacaq bir şey kristallaşana qədər (Rusiya Federasiyası ilə danışıqlarda - red.) (Kiyevə getmək - red.)" əbəs olardı.(Report) Geri dön |