Ana Sayfa > Karusel / Region > Draqi: Putin əslində sülh istəmir

Draqi: Putin əslində sülh istəmir


18-03-2022, 01:09. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin əslində sülh istəmir və Ukraynada müharibəyə son qoymaq üçün əlavə sanksiyalara ehtiyac ola bilər.

Bunu İtaliyanın Baş naziri Mario Draqi deyib.

“Bu gün hamımız sülh axtarırıq, lakin təəssüf ki, prezident Putin sülh istəmir”, - Draqi bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar İtaliyanın özünə də təsir edir, lakin hökumət onları sərtləşdirməyə hazırdır.

 


Geri dön