Ana Sayfa > Karusel / Region > Dinc insanları "İsgəndər"lərlə bombalayan Rusiya zabitlərinin siyahısı ələ keçirildi...

Dinc insanları "İsgəndər"lərlə bombalayan Rusiya zabitlərinin siyahısı ələ keçirildi...


18-03-2022, 00:32. Yazar: Admin
Dinc insanları
Ukrayna Baş Kəşfiyyat İdarəsinə Rusiya Federasiyasının Kursk vilayətinin Klyukva kəndində yerləşən 448-ci raket briqadasının (35525 saylı hərbi hissə) ukraynalılara qarşı hərbi cinayətlər törədən hərbçilərinin siyahısı daxil olub. 
Bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. 
Təfərrüatlar: 
Yarandığı gündən 2019-cu ilə qədər sözügeədn Rusiya briqadası "9K79-1 Toçka-U" taktiki raket sistemləri ilə silahlanıb. 
2019-cu ilin noyabr ayından etibarən isə birləşmə “İsgəndər-M” əməliyyat-taktiki kompleksləri ilə təchiz edilib. 
Kəşfiyyatçılar hərbçilərin adlarını, doğum tarixini və ünvanlarını açıqlayıblar. 
Onların arasında polkovnik, bölük komandiri, komandir  müavinləri olan dörd polkovnik-leytenant və   mayor rütbəli müxtəlif xidmət rəisləri var. 
 Cinayətkar Rusiya hərbçilərin tam siyahısıyla Ukrayna BKİ-nin saytında tanış olmaq mümkündür

Geri dön