Ana Sayfa > Karusel / Dünya > Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş nazirinin adından saxta zəng olub

Britaniyanın müdafiə nazirinə Ukraynanın Baş nazirinin adından saxta zəng olub


17-03-2022, 21:55. Yazar: Admin

Ben Vallas

 

Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas "Twitter"də məlumat verib.

"Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir" – deyə Vallas vurğulayıb.


Geri dön