Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb
Ana Sayfa > Karusel / Dünya > Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb


17-03-2022, 21:24. Yazar: Admin

Avropa Şurası Belarusla əməkdaşlığı dayandırıb

Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna münaqişəsindəki roluna görə Belarusla əməkdaşlığı dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, Belarusun bütün tədbirlərdə iştirakı dayandırılıb. Bu, Venesiya Komissiyasının iclaslarına da aiddir. Lakin Belarusun beynəlxalq konvensiyaların iştirakçısı kimi hüququ məhdudlaşdırılmır.

Komitə Minsklə istənilən texniki əməkdaşlığı da dayandırmaq niyyətindədir.


Geri dön