Ana Sayfa > Karusel / Siyasət > Ermənistan parlamenti Qarabağı müzakirə edəcək

Ermənistan parlamenti Qarabağı müzakirə edəcək


17-03-2022, 15:56. Yazar: Admin

Ermənistan parlamentinin martın 22-də başlayacaq dördgünlük iclasında müxalif “Hayastan” və “Mənim şərəfim var” blokundan olan deputatların müraciəti əsasında Qarabağdakı vəziyyətə dair müzakirələr aparılacaq.

 

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “müzakirələr zamanı Qarabağda humanitar vəziyyət, təhdidlər və təxirəsalınmaz tədbirlər mövzuları” gündəmə çıxarılacaq.

 

İclasın sonunda müxalifətin Qarabağdakı vəziyyətlə bağlı bəyanatı təqdim ediləcək.


Geri dön