Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Rusiyada haqqin.az saytına giriş məhdudlaşdırıldı
Rusiyada haqqin.az saytına giriş məhdudlaşdırıldı17-03-2022, 15:24. Yazar: Admin |
Rusiyada Azərbaycanın haqqin.az saytına giriş məhdudlaşdırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə saytın rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin (“Roskomnadzor”) bu qərarı absurd səbəblərdən və bütün dünya mediasını Ukraynadakı müharibənin işıqlandırılmasının rusiyapərəst formatını tətbiq etmək cəhdindən irəli gəlir. Rusiya hökuməti Ukraynada elan olunmamış müharibəni və suveren dövlətin ərazisinə daxilolmanı Moskvanın elan etdiyi kimi “xüsusi əməliyyat” adlandırmağı tələb edir. E. Fətullayev Rusiya hökumətinin qərarından təəssüfləndiyini bildirib. Geri dön |