Ermənistanda son sutka ərzində daha bir hərbi qulluqçunun ölümü qeydə alınıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.Qeyd olunub ki, 17 mart saat 10:30-da sıravi Eduard Rüstəmyanın meyiti tapılıb.
19 yaşlı hərbçinin hərbi hissələrdən birində güllə yarasından öldüyü açıqlanıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, oxşar insident martın 16-da axşam saatlarında da qeydə alınıb. Hərbi çağırışçı Albert Siroyan intihar edib.