Birləşmiş Ərəb Əmirlikləri bayrağı altında üzən gəmi İran sahillərində batıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Məlumata görə, hazırda İran tərəfi axtarış-xilasetmə əməliyyatları həyata keçirir.
İlkin məlumata görə, gəmidə 30 sərnişin olub. Bütün sərnişinlərin xilasedici gödəkçələr geyindiyi bildirilir.