Ana Sayfa > Karusel / Təhsil > Məktəbdə hündürlükdən yıxılan şagird komadan ayıldı

Məktəbdə hündürlükdən yıxılan şagird komadan ayıldı


17-03-2022, 11:11. Yazar: Admin

 

Cəlilabad rayonunda məktəbdə hündürlükdən yıxılaraq komaya düşən şagird ayılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Report-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.

E.Azadxanov bildirib ki, xəstəxanaya koma vəziyyətində gətirilən 13 yaşlı məktəblini həyata qaytarmaq üçün bütün səy və bacarıqlarımızı orta qoyduq:

"7 gün əvvəl hündürlükdən yıxılan 13 yaşlı Əlini ağır vəziyyətdə süni tənəffüs cihazına bağladıq. İntubasiya etdiyimizdə tam huşsuz vəziyyətdə olan məktəblini həyata qaytarmaq üçün ümidsiz olaraq mücadiləyə başlasaq da, bir saniyə boş buraxmadıq. Reanimasiya şöbəmizin bütün komandası gecə-gündüz yorulmadan çalışdı. Diaqnoz da kifayət qədər ağır idi - ağır kəllə beyin travması, beyin əzilməsi və sol ağciyərin kontuziyası. Bütün bulara baxmayaraq biz bacardıq".

Qeyd edək ki, martın 10-da Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında 6-cı sinif şagirdi, 2009-cu il təvəllüdlü Qasımov Əli Təyyar oğlu hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şagird huşsuz vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 


Geri dön