Ana Sayfa > Karusel / Region > Ukrayna MN: "Rusiyanın 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edilib"

Ukrayna MN: "Rusiyanın 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edilib"


17-03-2022, 10:17. Yazar: Admin

Rusiyaya Ukrayna seherlerini bombalamaq QADAĞAN EDİLDİ

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı operativ məlumat yayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.

Rəsmi informasiyaya əsasən, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir. Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.

Bildirilib ki, rəqibin itkilərinin sayı dəqiqləşdirilir: “Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir”.

Məlumata görə, Rusiya kütləvi şəkild dezinformasiya yayır: “Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Amma onlar ciddi itki verməkdədir. Rəqibin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Beləliklə, fərariliklərin sayı artır”.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.


Geri dön