Ana Sayfa > Karusel / Gündəm > Bakıda ana və qızını avtomobil vurub

Bakıda ana və qızını avtomobil vurub


16-03-2022, 23:52. Yazar: Admin

Bakıda ana və qızını avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə Buzovna qəsəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Abbasova Elmira Rafiz qızı və onun 2005-ci il təvəllüdlü qızı Abbasova Fatimə Rafiz qızını avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yeniyetmənin vəziyyəti ağırdır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Geri dön