Ana Sayfa > Karusel / Siyasət > Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı müraciətlərə baxmayacaq
Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyaya qarşı müraciətlərə baxmayacaq16-03-2022, 23:36. Yazar: Admin |
Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya Federasiyasına qarşı bütün müraciətlərə baxılmasını dayandırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi məlumat yayıb. Bildirilib ki, Avropa Şurasının Nazirlər Komitəsinin müvafiq qətnaməsindən sonra artıq bu gündən etibarən Rusiya Federasiyası Avropa Şurasının üzvü deyil və Məhkəmə də Rusiyaya qarşı ərizə müraciətlərinin araşdırılmasını dayandırır. Bu həm də Rusiya vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilməyəcəyi deməkdir. Geri dön |