Ana Sayfa > Karusel / Siyasət > Akar fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Akar fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib


16-03-2022, 22:31. Yazar: Admin

Akar fransalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib - FOTO

Türkiyə milli müdafiə naziri Hulusi Akar Fransa müdafiə naziri Florens Parly ilə görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş Brüsseldə NATO müdafiə nazirlərinin fövqəladə iclası çərçivəsində baş tutub.

Nazir Akar fransalı həmkarı ilə ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukraynada baş verənlər ətrafında fikir mübadiləsi aparıb.

Türkiyəli nazir müdafiə sənayesində ölkəsinə qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını vurğulayıb.


Geri dön