Ana Sayfa > Karusel / Dünya > Fransa prezidentliyinə namizəd Pekres hücuma məruz qalıb

Fransa prezidentliyinə namizəd Pekres hücuma məruz qalıb


16-03-2022, 16:53. Yazar: Admin

Fransa prezidentliyinə namizəd Pekres hücuma məruz qalıb - VİDEO

Fransada prezidentliyə namizəd Valeri Pekres aktivistlərin hücumuna məruz qalıb.

Qarabaginfo.az xəbər verir ki, solçu iki aktivist seçki kampaniyası çərçivəsində kiçik və orta həcmli müəssisələr konfederasiyası ilə görüş zamanı Pekresin üzərinə iki çəhrayı toz kisəsi atıb.

Eyni zamanda, aktivistlər “neoliberal siyasətə yox!” şüarı səsləndiriblər.

Məlumata görə Pekres insidentdən sonra aktivistlərlə müzakirə aparmaq istəyib, lakin aktivistlər siyasətçi ilə görüşməkdən imtina ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Valeri Pekres Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.(Apa)


Geri dön