Ana Sayfa > Karusel / Region > Kreml Ukrayna ilə bağlı ən real kompromis variantını açıqlayıb

Kreml Ukrayna ilə bağlı ən real kompromis variantını açıqlayıb


16-03-2022, 16:48. Yazar: Admin

Kreml Ukrayna ilə bağlı ən real kompromis variantını açıqlayıb

Moskva Ukraynanın İsveç və ya Avstriya nümunəsində öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətə çevirmək ideyasını nəzərdən keçirməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, hazırda həqiqətən müzakirə olunan və real kompromis hesab edilə bilən variantdır”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Kiyevin İsveç və ya Avstriyanın nümunəsində silahsızdırılmış dövlətin yaradılması təklifi irəli sürdüyünü Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski açıqlayıb.(Apa)


Geri dön