Ana Sayfa > Karusel / Təhsil > BŞTİ IX siniflərlə bağlı monitorinq keçirib

BŞTİ IX siniflərlə bağlı monitorinq keçirib


16-03-2022, 15:00. Yazar: Admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, İdarə tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.


Geri dön