Ana Sayfa > Karusel / Cəmiyyət > Aeroport yolunda ağır qəza: Yaralılar var

Aeroport yolunda ağır qəza: Yaralılar var


16-03-2022, 14:35. Yazar: Admin

Bakıda aeroport yolunda ağır qəza baş verib.

 

Qarabaginfo.az-ın məlumatına görə, betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.

 

Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.

 

Hadisə yerinə Suraxanı RPİ və FHN əməkdaşları cəlb olunub. Hazırda yolda hərəkət DYP tərəfindən tənzimlənir.

 


Geri dön