Ana Sayfa > Karusel / Təhsil > Yaz semestri üzrə təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Yaz semestri üzrə təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb


16-03-2022, 13:44. Yazar: Admin

 

Yaz semestri üzrə təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb

 

Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 42 nəfər müraciət edib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 16 fevral tarixindən etibarən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə elektron müraciətlərin qəbuluna başlanılıb:

 "Yaz sessiyasında Təhsil Tələbə Krediti almaq üçün ümumi 2141 nəfər müraciət edib. Tələbələrin müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir", - nazirlikdən qeyd edilib.(Trend)

Geri dön