Ana Sayfa > Karusel / Gündəm > Erməni hərbi ekspert: “Hərbi texnikanın cəmləşməsi varsa, bu, döyüşə çevrilə bilər”

Erməni hərbi ekspert: “Hərbi texnikanın cəmləşməsi varsa, bu, döyüşə çevrilə bilər”


16-03-2022, 11:34. Yazar: Admin

 

2021/02/Karen-1612938366.jpg

 

“Ukraynada bu qeyri-müəyyənlik nə qədər uzun sürərsə, Azərbaycanın addımları bir o qədər gözlənilməz və qətiyyətli olacaq”.

Bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, Azərbaycanda, hətta sadə vətəndaşlar arasında belə, Ukraynanın hərəkətləri ilə bağlı böyük həyəcanın olduğu açıq-aşkar görünür.

“Cəmləşmələrin nə olduğunu deyə bilmərəm, öz gözlərimlə görməmişəm, amma o cəmləşmə varsa, bir gün bu, döyüşə çevrilə bilər. Hər halda, bu problemi həll etməyin, həqiqi sülhü bərqərar etməyin yeganə yolu Ermənistan Silahlı Qüvvələrinin potensialını ən sürətli yolla bərpa etməkdir”, - deyə Vrtanesyan qeyd edib.

Vrtanesyan 44 günlük müharibədən sonra Ermənistan və Azərbaycanın hərəkətlərinin tamamilə fərqli olduğunu vurğulayıb.

Geri dön